Ərdoğandan Putinin müzakirə olunan qərarına - Reaksiya

DÜNYA
15:39
22 Fevral 2022
406

“Biz Rusiyanın “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyini tanıması ilə bağlı qərarını qəbuledilməz olaraq qiymətləndiririk”.

Sabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konqodan Seneqala gedərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Tərəfləri sağlam düşüncəyə və beynəlxalq hüquqa hörmət etməyə çağırdığımızı bir daha vurğulayırıq”, - deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın tanınmasına dair fərman imzalayıb.

Xəbər lenti