Ərdoğanla xanımı koronavirusa yoluxdu
16:50
5 Fevral 2022
203Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Emine Erdoğan koronavirusa yoluxub.
Sabah.az xəbər verir ki, bu barədə dövlət başçısı tvitter hesabında paylaşım edib.
Ərdoğan bildirib ki, onlarda “Omicron” ştamı aşkarlanıb:
“Xəstəliyi yüngül keçiririk. İşimizin başındayıq. İşlərimizi evdən davam etdirəcəyik. Dualarınızı gözləyirik”.
Daha çox