Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı

DÜNYA
01:20
18 Mart 2020
97

Türkiyədə koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, dünyasını dəyişən şəxs 89 yaşında olub. Xəstə virusa Çinlə əlaqəsi olan bir işçisindən yoluxubmuş.

Nazir qeyd edib ki, hazırda ölkədə COVİD-19-a yoluxanların sayı 98 nəfərdir.

Xəbər lenti