İlham Əliyev Ukraynaya gedir

DÜNYA
16:17
13 Yanvar 2022
122

Prezident İlham Əliyev Ukraynaya səfər edəcək.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna dövlət başçısının Mətbuat xidməti yayıb.

Bildirilir ki, yanvarın 14-ü Kiyevdə İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.

Məlumata əsasən, səfər Zelenskinin dəvəti ilə həyata keçirilir. Belə ki, Ukrayna Prezidenti ötən ilin dekabrında Brüsselə səfəri zamanı İlham Əliyevlə görüşdə onu Kiyevə səfərə dəvət edib.

Prezidentlər Bakı vaxtı ilə 15:15-də mətbuata bəyanatla çıxış edəcəklər.

Xəbər lenti