Azərbaycanın Qazaxıstandakı səfirliyindən müraciət

DÜNYA
09:32
10 Yanvar 2022
1446

Azərbaycanın Qazaxıstandakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

Sabah.az xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında paylaşılan müraciətdə deyilir:

“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.

Bu səbəbdən xatırladırıq ki, Səfirliyin [email protected] elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik.

Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində səfirliyə məlumat daxil olmayıb”, - deyə müraciətdə bildirilir.

Xəbər lenti