Qazaxıstanda matəm elan olundu

DÜNYA
13:36
8 Yanvar 2022
755

Yanvarın 10-u Qazaxıstanda milli matəm günü elan olunub.

Sabah.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-də respublikanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinlərinin maye qazın qiymətinin aşağı salınmasını tələb etməsindən sonra başlayan kütləvi etiraz aksiyaları davam edir.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, küçə iğtişaşları zamanı onlarla ölən, yüzlərlə xəsarət alan var. 4,2 mindən çox insan saxlanılıb, onların arasında xarici vətəndaşlar da var.

Xəbər lenti