Qazaxıstan Prezidentinin iqamətgahı yandırıldı - Video

DÜNYA
16:11
5 Yanvar 2022
603

Qazaxıstanda etirazçılar ölkə Prezidentinin Almatı şəhərindəki iqamətgahını ələ keçiriblər.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı “Zakon.kz” portalı yayıb.

Sosial şəbəkələrdə yayılan videolardan sözügedən iqamətgahda yanğının başladığını görmək mümkündür.

İqamətgah Almatı şəhər administrasiyasının yaxınlığında yerləşir. Etirazçılar daha əvvəl administrasiyanın binasına daxil olmuşdular. Aksiya iştirakçıları binaya daxil olandan sonra burada da yanğın baş verib.

Xəbər lenti