Qazaxıstanda hökumət istefa verdi

DÜNYA
09:15
5 Yanvar 2022
1005

Qazaxıstanda hökumət istefa verib.

Sabah.az TASS-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-i hökumətin istefasını qəbul edib.

Məlumata görə, indiki hökumət üzvləri yeni kabinet formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.

Alixan Smailov müvəqqəti olaraq Qazaxıstanın Baş naziri vəzifəsini icra edəcək. Smailov bu vəzifəyə qədər Baş nazirin birinci müavini olub.

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində etirazlar başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Xəbər lenti