İlham Əliyevin iştirak etdiyi sammit başladı - Video+Yenilənir

DÜNYA
15:14
28 Dekabr 2021
778

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.

Sabah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub.

***

Rusiya Prezidenti Vladimir Putin bildirib: “30 il əvvəl Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqlı addım idi. Ötən illər ərzində çox şey köklü şəkildə dəyişib. Bir çox sahələrdə inteqrasiya dərinləşib”.

***

MDB dövlət başçıları koronavirusa qarşı mübarizə tədbirlərindən söhbət açıblar.

Xəbər lenti