Türkiyədə koronovirusa yoluxanların sayı 47-yə çatdı

DÜNYA
01:50
17 Mart 2020
75

Türkiyədə koronovirus infeksiyasına yoluxanların sayı 47-yə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca "Twitter"də məlumat verib.

“Bu gün 29 yeni yoluxma faktı qeydə alındı. Bunarla birlikdə xəstə sayı 47-yə çatıb. Son 29 yoluxma faktının hamısı birbaşa və ya dolayı yolla ABŞ, Yaxın Şərq və Avropa ilə əlaqəlidir, 3 nəfər isə ümrədən qayıdıb”, - deyə F.Koca bildirib.