“Azərbaycanla əldə olunan razılaşma vacibdir” - Paşinyan

DÜNYA
13:05
16 Dekabr 2021
1107

“Azərbaycanla dəmir yolunun inşası ilə bağlı əldə olunan razılaşma vacib layihədir”.

Sabah.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən deyib.

“Bu, vacib razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik. Bu, regionda iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”, - deyə Paşinyan vurğulayıb. 

Onun sözlərinə görə, yaxın zamanlarda diqqəti bu tapşırığın həllinə yönəltmək lazımdır. O bildirib ki, həmçinin Prezident İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsinə dair razılaşma da əldə olunub.

Xəbər lenti