“Pandemiyadan sonra daha çətin problemlərlə üzləşəcəyik” - ÜST

DÜNYA
09:40
14 Dekabr 2021
602

“Koronavirus pandemiyası başa çatdıqdan sonra bəşəriyyət daha çətin problemlərlə üzləşəcək”.

Sabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Pandemiya başa çatdıqda bundan daha əvvəl mövcud olan daha çətin problemlərlə üzləşəcəyik. Bunlar yoxsulluq, aclıq, qeyri-bərabərlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyi və s.-dir”, - deyə Qebreyesus bildirib.

ÜST rəhbəri, həmçinin ölkələri planet və insanların sağlamlığı və rifahına əsaslanan iqtisadi artımı dəstəkləməyə çağırıb.

Xəbər lenti