“Kainat gözəli” o oldu - Fotolar

DÜNYA
12:44
13 Dekabr 2021
1469

İsraildə “Kainat gözəli” yarışmasının finalı baş tutub.

Sabah.az xəbər verir ki, 70-ci dəfə keçirilən gözəllik yarışmasında Hindistan təmsilçisi Harnaaz Sandhu birinci olub.

21 yaşlı Sandhu bu günə qədər yarışmada “Kainat gözəli” seçilən üçüncü hindistanlı olub. Ondan əvvəl sözügedən titula 1994-cü ildə aktrisa Suşmita Sen, 2000-ci ildə isə model Lara Dattı layiq görülüb.

Yubiley gecəsində ikinci yer Cənubi Afrikadan olan təmsilçi Lalela Msvane, üçüncü isə Paraqvaydan olan təmsilçi Nadia Fereqyra olub.

Top 5-liyə Filippin və Kolumbiya təmsilçisi də daxil olub.

Dünyanın ən gözəl qızı qadın haqlarının qorunması ilə bağlı tədbirlərin aktiv iştirakçısıdır. O, yoqa, şahmat, rəqslə məşğul olur. Müsabiqədən sonra o, Nyu-Yorka gedəcək və dünyada xeyriyyə tədbirlərinin iştirakçısı olacaq.

Xəbər lenti