Ermənistanda fövqəladə vəziyyət elan olundu

DÜNYA
20:50
16 Mart 2020
105

Ermənistan hökuməti koronavirusun (COVID-19) yayılmasına qarşı mübarizə aparmaq üçün ölkə daxilində fövqəladə vəziyyət rejimi tətbiq edir.

Sabah.az TASS-a istinadən xəbər verir ki, bu gün Ermənistan hökuməti təcili iclas zamanı martın 16-dan aprelin 14-dək koronavirusun yayılması təhlükəsi olduğuna görə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinin iclası yerli televiziya kanalları tərəfindən real vaxt rejimində yayımlanıb.

"Martın 16-dan aprelin 14-dək Ermənistan ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunur. Hökumətin qərarının yerinə yetirilməsini təmin etmək üçün Baş nazirin müavini Tiqran Avinyanın rəhbərliyi altında komendant kabineti yaradılacaq", deyə Baş Nazir Nikol Paşinyan bildirib.

Qərara görə, koronavirus epidemiyasının təhlükəli səviyyədə olduğu ölkələrin vətəndaşları üçün ölkəyə səyahət məhdudlaşdırılıb. Xaricdə olan Ermənistan vətəndaşlarının ölkəyə qayıtmasına icazə verilir, lakin 14 gün müddətinə karantində olacaqlar. Mədəniyyət, idman və digər ictimai tədbirlərdə məhdudiyyətlər tətbiq olunur, respublikada məktəbəqədər, orta və ali təhsil müəssisələri bağlanır.

Məlumatda qeyd olunub ki, hazırda Ermənistanda 30 yeni koronavirus ilə yoluxma hadisəsi aşkarlanıb, 300-dən çox vətəndaş karantindədir.

Xəbər lenti