Özəl tibb müəssisələrində yoxlamalar aparılacaq - Koronavirusa görə

SƏHİYYƏ
19:07
16 Mart 2020
119

Özəl tibb müəsisələri sahibkarlıq subyektlərində dövlət tərəfindən yoxlamalar həyata keçiriləcək.

Sabah.az xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, özəl tibb müəsisələrində dövlət tərəfindən yoxlamalar həyata keçirilə biləcək. Burada virusun olub-olmaması yoxlanılacaq.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci il noyabrın 1-dən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Xəbər lenti