Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi

DÜNYA
09:43
29 Noyabr 2021
1419

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oqulgerek Berdiməhəmmədovanın ilk dəfə olaraq fotosu yayılıb.

Sabah.az xəbər verir ki, Oqulgerek Berdiməhəmmədovanın şəklini Türkiyənin birinci xanımı Əminə Ərdoğan öz tvitter hesabında paylaşıb.

Sözügedən foto 28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə görüşü çərçivəsində çəkilib.

Bu günə qədər Türkmənistan mediasında Oqulgerek Berdiməhəmmədovanın fotosu paylaşılmayıb. Hətta ölkə və dünya mətbuatı bu hadisəni “15 ildən sonra ilk dəfə Berdiməhəmmədovun həyat yoldaşının fotosu yayıldı” başlığı ilə dərc edib.

Qeyd edək ki, birinci xanımın tərcümeyi-halı barədə də internet resurslarında məlumat yerləşdirilməyib.

KİV-ə sadəcə bu informasiya məlumdur: Q.Berdiməhəmmədovun O.Berdiməhəmmədovdan 2 qızı və bir oğlu var – Gülcahan, Gülşən və Sərdar.

Xəbər lenti