Soçidə İlham Əliyev, Putin və Paşinyanın görüşü keçirildi- Video+Yenilənib

DÜNYA
17:23
26 Noyabr 2021
1073

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

“Son bir ildə Qarabağda vəziyyətin nizamlanması üçün çox işlər görülüb, lakin təəssüf ki, hələ də həll olunmayan məsələlər var”, - deyə Putin bildirib.

Bununla yanaşı, V.Putin ayrı-ayrı insidentlər baş versə də, Qarabağda tammiqyaslı döyüş əməliyyatlarının aparılmamasını müsbət hal kimi dəyərləndirib.

“Ümid edirəm ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq. Rusiya, Azərbaycan və Ermənistan əlaqələri məhv etməyə yox, möhkəmləndirməyə çalışmalıdır”, - deyə Putin söyləyib.

Putinin sözlərinə görə, üçtərəfli görüşün məqsədi Qarabağın dirçəlişinə lazımi şərait yaratmaqdır.

***

Prezident İlham Əliyev yaxşı xidmətə görə Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılara təşəkkür edib. Prezident, həmçinin qeyd edib ki, sülhməramlıların məsuliyyət zonasında vəziyyət sabitdir.

“Bakı Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən edilməsi məsələsində Rusiyanın dəstəyini yüksək qiymətləndirir”, - deyə İlham Əliyev söyləyib.

***

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanla sərhədin demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır.