Soçidə Əliyevlə Putin arasında görüş oldu - Video+Yenilənib

DÜNYA
15:44
26 Noyabr 2021
1033

Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Prezident Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə indicə söhbətə başlayıb. Bu görüş bitəndən sonra Putin, Əliyev və Paşinyan arasındakı görüşü gözləyəcəyik”.

Kreml sözçüsünün sözlərinə görə, bundan sonra Putinin Paşinyanla təkbətək görüşü olacaq.

***

V.Putin qeyd edib: “Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”.

Rusiya Prezidenti sülhməramlılardan da danışıb: “Rusiyalı sülhməramlılar Qarabağdakı vəziyyətdə müsbət rol oynayırlar. Qarabağda hələ də bəzən problemlər baş verir, vaxtaşırı qurbansız ötüşmür”.

Putin daha sonra əlavə edib: “Azərbaycan məktəblərində uşaqların 34 faizi rus dilində təhsil alır ki, bu da bu xalqın Rusiya Federasiyası ilə sıx əlaqə saxlamaq istəyində olmasından xəbər verir”.

***

“Azərbaycan bütün istiqamətlərdə Rusiya ilə münasibətlərin inkişafına köklənib. Son bir il ərzində Qarabağda rusiyalı sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib”, - deyə Prezident İlham Əliyev söyləyib.

Prezident qeyd edib ki, Qarabağda sülhün qorunub saxlanılmasında Vladimir Putinin və rusiyalı sülhməramlıların rolunu yüksək qiymətləndirir və bu işin gələn il də davam edəcəyinə ümid edir.

Xəbər lenti