Ərdoğanın sədrliyi ilə sərhəddəki vəziyyət müzakirə ediləcək

DÜNYA
10:24
22 Noyabr 2021
1510

Bu gün Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Sabah.az “TRT Haber”ə istinadən xəbər verir ki, Beştəpə iqamətgahında keçiriləcək iclasda ölkənin daxili və xarici siyasətinə aid bir sıra məsələlər müzakirə ediləcək.

İclasda Liviya, Suriya və Şərqi Aralıq dənizindəki son vəziyyət, həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən ən son hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirəcək və qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.

Xəbər lenti