Rüstəm Muradov danışıqlara görə məzuniyyətdən təcili geri çağırıldı

DÜNYA
13:49
17 Noyabr 2021
751

Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünən axşam təcili olaraq Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovu məzuniyyətdən geri çağırıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb.

Məlumata əsasən, Rüstəm Muradov Ermənistana gedəcək, daha sonra Azərbaycan tərəfi ilə şəxsən danışıqlar aparacaq.

Rüstəm Muradovun məzuniyyəti dekabrın 5-i bitməli idi. Onun təcili şəkildə çağırılması ondan xəbər verir ki, Rusiya tərəfi belə hesab edir ki, bu vəziyyətdə yalnız Rüstəm Muradov danışıqlar apara bilər.

Güman edilir ki, danışıqların mövzusu dünənki döyüş nəticəsində həlak olan və saxlanılanlara aid olacaq.

Xəbər lenti