Ermənistanın dünənki itkiləri - 20 ölü, 40-dan çox yaralı

DÜNYA
12:54
17 Noyabr 2021
856

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib.

Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib.

Sabah.az xəbər verir ki, “Qafqazinfo” erməni mediasına istinadən bu barədə məlumat yayıb.

Bildirilir ki, qarşı tərəfin 20-dək canlı qüvvəsi məhv edilib, 40-dan artıq hərbi qulluqçu yaralanıb.

Ermənistan ordusuna  məxsus xeyli sayda silah-sursat hərbi qənimət olaraq ələ keçirilib. Bunlar iriçaplı pulemyotlar, snayper tüfəngləri, atıcı silahlar, çoxlu sayda tank əleyhinə və əl qumbaraları, patronlar və digər silahlardır.

Xəbər lenti