İtaliyada iki nazir müavini koronavirusa yoluxdu

DÜNYA
00:55
15 Mart 2020
105

İtaliyada iki yüksək vəzifəli şəxs koronavirusa yoluxub.

Sabah.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunlar Səhiyyə nazirinin müavini Pyerpaolo Sileri və Təhsil nazirinin müavini Anna Askanidir.

P.Sileri bildirib ki, bir neçə gün əvvəl virusa yoluxmuş bir şəxslə əlaqəsi olub. Onun nəticələri müsbət çıxıb və koronavirus pandemiyası ilə əlaqədar İtaliya Səhiyyə Nazirliyinin qaydaları əsasında hərəkət edirlər.

A.Askaninin də karantində olduğu deyilir.

Xəbər lenti