“İran Azərbaycanı hədəfə çevirə bilməz” - Ərdoğan sərt danışdı

DÜNYA
15:06
21 Oktyabr 2021
1792

“İran İsrail və Azərbaycan arasındakı münasibətlərə görə Azərbaycanı hədəfə çevirə bilməz”.

Sabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu gün İrandakı azərbaycanlıların sayı göz önündədir. Bu, düşünməyə vadar edir. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməz”, - deyə Ərdoğan qeyd edib.

Xəbər lenti