Bil Qeytsin qızı müsəlmana ərə getdi - Fotolar

DÜNYA
14:10
18 Oktyabr 2021
681

“Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeytsin böyük qızı Cennifer sevgilisi Nael Nassara ərə gedib.

Sabah.az xəbər verir ki, Qərb mətbuatının yazdığı məlumata görə, cütlüyün toyu iki gün davam edib. Onlar müsəlman adət-ənənələri ilə nikah bağlayıb. Buna səbəb Naelin əslən misirli olması olub.

Mərasim Nyu-Yorkda Qeyts ailəsinə məxsus malikanəsinin bağçasında baş tutub. Toyun ikinci günündə 300 qonağın qatıldığı şənlik təşkil edilib. Məclis müsəlmanların müqəddəs günü sayılan cümə günü keçirilib.

Toy cütlüyə təxminən iki milyon dollara başa gəlib. Gizli təşkil olunan mərasim paparatsilərin obyektivinə uzaqdan da olsa tuş gələ bilib.

Qeyd edək ki, Bill Qeytslə 2 ay bundan əvvəl 27 illik həyat yoldaşı Melinda Qeytsdən boşanıb. İkilinin 3 övladı var.

Xəbər lenti