Paşinyan və xanımı karantinə alındı

DÜNYA
01:09
14 Mart 2020
196

Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantinə alınıblarr.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan "Facebook"da məlumat verib.

O, Baş Nazirin Sevandakı iqamətgahında olduğu və sabah yoxlanışdan keçəcəklərini bildirib. Buna səbəb isə onun xanımının ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşməsidir.

"Martın 7-də Anna (Paşinyanın arvadı - red.) Braziliya prezidentinin xanımı ilə görüşdü. Prezidentin özü infeksiyası barədə məlumatı təkzib etsə də, Sevanadakı bir hökumət evində karantinə alınaraq yoxlanışdan keçməyə qərar verdik. Mütəxəssislər infeksiya ehtimalımızın az olduğunu söyləyirlər", - deyə N.Paşinyan bildirib.

Xatırladaq ki, Braziliya mətbuatı Prezident Cair Bolsonarunun koronavirusa yoluxması ilə bağlı xəbərlər yayıb.

Xəbər lenti