Xəstəxanada yaxınlarını ziyarət etmək istəyənlərin nəzərinə

SƏHİYYƏ
20:50
13 Mart 2020
104

Bu gecə saat 00:00-dan etibarən Azərbaycanda tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilib.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Həmçinin bildirilib ki, koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.

Xəbər lenti