Ocaqnecat indi haradadır?

DÜNYA
11:22
7 Oktyabr 2021
1068

İranın Azərbaycandakı səfirliyi ölkənin Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnecatın Bakıdakı ofisinin bağlanmasına münasibət bildirib.

Sabah.az xəbər verir ki, səfirlikdən BBC News Azərbaycancaya bildirilib ki, Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnecat bir aydır ki, Tehrandadır.

Səfirlikdən eyni zamanda qeyd olunub ki, sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə təhlillər nəticəsində şəhərin bir neçə yerində, həmçinin Hüseyniyyə məscidində son günlər COVID-19 virusuna yoluxanların sayının artmasıdır.

Xəbər lenti