Putinlə Ərdoğan Soçidə görüşdü - Yenilənib

DÜNYA
15:46
29 Sentyabr 2021
831

Soçidə Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyi yayıb.

Tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

***

Putin Rusiya ilə Türkiyə arasında Suriya və Liviya mövzusunda uğurlu əməkdaşlıq olduğunu qeyd edib.

***

Rusiya Prezidentinin sözlərinə görə, Rusiya və Türkiyə koronavirus pandemiyası səbəbiylə ticarət itkisini nəinki kompensasiya edib, həm də artırıb.

Putin pandemiya ilə mübarizədə Türkiyə ilə əməkdaşlığın yaxşı templə davam etdiyini söyləyib.

***

Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizədə dəstəyə görə Rusiyaya minnətdarlıq edib.

***

Vladimir Putin qeyd edib ki, Rusiya və Türkiyənin pandemiya ilə birgə mübarizəsi iqtisadiyyat və turizmin inkişafına kömək edəcək.

Xəbər lenti