Rusiya universitetində atışma, tələbələr özlərini yerə atdı - Video+Yenilənib

DÜNYA
11:27
20 Sentyabr 2021
1596

Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb.

İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib.

Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

***

Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, insident zamanı 10-dan çox insan yaralanıb.

Bununla yanaşı, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs saxlanılıb.

***

Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insidenti universitetin tələbələrindən biri törədib. Həmçinin qeyd olunur ki, atışma zamanı 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

***

"112" teleqram kanalının məlumatına görə, insidenti törədən şəxs 18 yaşlı Timur Bekmansurovdur. İlkin məlumata görə, T.Bekmansurov hüquq fakültəsinin birinci kurs tələbəsidir. O bu yaxınlarda sosial şəbəkələrdə öz planı və silahı necə almasına dair paylaşım edib. Sözügedən paylaşım hazırda silinib.

***

İstintaq Komitəsinin məlumatına görə, atışma nəticəsində həlak olanların sayı 8-ə çatıb.

***

Səhiyyə Nazirliyi azı 19 nəfərin xəsarət aldığını bildirir.

***

Rusiya Prezidenti Vladimir Putin silahlı hücum nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

“Prezident bu hadisə nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir”, - deyə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

***

İstintaq Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, insidetn zamanı yaralanların sayı 28-ə çatıb.

Xəbər lenti