İki ölkədə fövqəladə vəziyyət elan olundu - Koronavirusa görə

DÜNYA
00:46
13 Mart 2020
221

Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan olunub.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı sözügedən ölkənin Baş naziri Andrey Babiş məlumat verib.

Bildirilib ki, 96 nəfərdə koronavirus aşkarlanan Çexiyada fövqəladə vəziyyətin müddəti 30 gün olacaq.

Bundan əlavə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün Latviyada da fövqəladə vəziyyət elan olunub. 16 nəfərdə koronavirus aşkar edilən ölkədə fövqəladə vəziyyət aprelin 14-nə kimi davam edəcək.

Xəbər lenti