Türkiyədə də təhsil müəssisələri bağlandı

DÜNYA
22:21
12 Mart 2020
147

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Çankaya köşkündə 16 nazirin iştirakı ilə iclas keçirib.

Sabah.az “Habertürk”ə istinadən xəbər verir ki, 5 saata yaxın davam edən toplantıdan sonra bəzi qərarlar qəbul olunub.

Prezidentin mətbuat katibi İbrahim Kalın bildirib ki, martın 16-dan etibarən ölkədə bütün orta məktəblərdə tətil elan olunacaq. 23 martdan isə şagirdlər 1 həftə ərzində internet və televiziya vasitəsilə təhsillərini davam etdirəcəklər.

Həmin tarixdən etibarən ali təhsil müəssisələrində dərslər 3 həftə tətilə buraxılacaq.

Xəbər lenti