Bu il nə qədər abituriyent tələbə ola bildi?

TƏHSİL
10:52
4 Sentyabr 2021
1753

Dünən ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Sabah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində ümumilikdə 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Qəbul olanların 6810-nu subbakalavrlar təşkil edir.

Bununla yanaşı, 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq imkanına sahib olub.

Xəbər lenti