Dominikanda koronavirusun yeni “Mu” ştammına yoluxma qeydə alındı

DÜNYA
10:16
2 Sentyabr 2021
716

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hərf sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) “Mu” adlandırıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

May ayından etibarən Domikanın böyük şəhəri olan Santo Dominqoda, həmçinin ölkənin cənubunda yerləşən Bahoruko, Barahona və Asua şəhərlərində “Mu” ştammına yoluxma halları aşkarlanıb.

Rəsmi məlumatlara görə, 10.84 milyon əhalisi olan Dominikan Respublikasında 350 mindən çox insan koronavirusa yoluxub, 4008 nəfər ölüb. İndiyə qədər 4.6 milyondan çox vətəndaş iki doza vaksin alıb.