Qazaxıstanda matəm elan olundu

DÜNYA
09:58
28 Avqust 2021
1085

Qazaxıstanda avqustun 29-da matəm elan olunub.

Sabah.az xəbər verir ki,  bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.

Qeyd edək ki, avqustun 27-də Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissədə partlayış baş verib. Nəticədə, 12 hərbçi vəfat edib, xəstəxanaya 90 yaralı, o cümlədən FHN-in Jambıl əyaləti üzrə departamentinin 49 əməkdaşı yerləşdirilib. Yaralılardan 6-sı ağır vəziyyətdədir.

Xəbər lenti