Qazaxıstanda partlayışda 9 hərbçi həlak oldu

DÜNYA
13:40
27 Avqust 2021
901

Qazaxıstanda hərbi hissənin anbarının yaxınlığında partlayış baş verib.

Sabah.az TASS-a istinadən xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) ölənlərin sayının 9 nəfərə çatdığını açıqlayıb. Həlak olanlar arasında FHN əməkdaşları da var.

Hadisə zamanı yaralıların sayı 90 nəfərə çatıb. Onlardan 49-nun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olduğu bildirilir.

Müdafiə naziri Nurlan Yermekbayev isə baş verən hadisəyə görə istefaya getmək niyyətində olduğunu bildirib.

“Mən Cambul vilayətində silah-sursat anbarında baş verənlər haqqında öyrənəndə artıq özüm üçün qərar vermişəm, istefamı xahiş edəcəyəm. Qərarı isə ölkə başçısı qəbul edəcək”, - deyə nazir vurğulayıb.

O əlavə edib ki, hazırda əsas məsələ hadisənin nəticələrinin aradan qaldırılmasıdır.

Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dünən təxminən saat 19:00 radələrində Cambul vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə, anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində partlayış yaranıb.

Xəbər lenti