Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarıldı

DÜNYA
13:03
26 Avqust 2021
1900

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb.

Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.

Xəbər lenti