ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırdı

DÜNYA
09:18
26 Avqust 2021
1052

Payız ayları pandemiyaya hazırlıq məsələsində son dərəcə əhəmiyyətli olacaq.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinq zamanı bildirib.

ÜST canlı yayımı tvitter üzərindən aparıb.

“Növbəti üç ay gələcək pandemiyaya hazırlığın təmin edilməsi və buna reaksiya tədbirlərinin təşkili üçün kritik bir dövr olacaq”, - ÜST rəhbəri bəyan edib.

Qebreyesus, həmçinin əlavə edib ki, dünyada koronavirusa gündəlik yoluxma və ölüm sayı ilə bağlı vəziyyət sabitləşib.

“Lakin bu sabitlik çox yüksək səviyyədədir - 4,5 milyondan çox xəstələnmə halı və 68 000 ölüm”, - o deyib.

Xəbər lenti