“Subbakalavrlar bir-biri ilə rəqabət aparır, abituriyentlə yox”

TƏHSİL
15:57
25 Avqust 2021
935

“İmtahan nəticələrinə görə əvvəlcə abituriyentlər təhsil müəssisələrinə yerləşdirilir. Boş qalan yerlərə subbakalavrlar qəbul olunur. Amma subbakalavrlar bir-biri ilə rəqabət aparırlar, abituriyentlə yox”.

Sabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə, eləcə də subbakalavrlara diqqət yetirməli olduqları məsələlər haqqında danışarkən bildirib.

M.Abbaszadə həmçinin əlavə edib ki, ötən il 5179 subbakalavr ali məktəbə qəbul olub. Onlardan 788-i dövlət sifarişli yerlərə qəbul olunub.

Subbakalavrların ali təhsil müəssisələrinə, həmçinin dövlət sifarişli yerlərə qəbul olma şansları var.

Xəbər lenti