Əfqanıstanın keçmiş naziri Almaniyada kuryer işləyir - Foto

DÜNYA
16:29
23 Avqust 2021
766

Əfqanıstanın keçmiş rabitə və informasiya texnologiyaları naziri Seyid Əhməd Şah Sadat Almaniyada kuryer olaraq çalışır.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı “EHA News” yayıb.

Məlumata əsasən, sabiq nazir Almaniyanın Leypsiq şəhərində pizza kuryeri olaraq fəaliyyət göstərir.

Qeyd olunur ki, Saadat 2018-ci ildən etibarən ölkənin Nazirlər Kabinetinin tərkibinə daxil olub və kənd əhalisi üçün mobil şəbəkələrin genişləndirilməsindən məsul şəxs olub.

Bununla yanaşı, o rəhbərlik etdiyi qurumun maliyyəsini “Taliban” hərəkatına qarşı mübarizə üçün dövlət strategiyasına köçürməkdən imtina etdiyinə görə ötən il Qani hakimiyyəti onu vəzifəsindən getməyə vadar edib. Nəticədə, keçmiş nazir Almaniyaya köçüb və burada yeni həyata başlayıb.

Xəbər lenti