Əfqanıstandakı sülhməramlılarla bağlı açıqlama

DÜNYA
14:15
16 Avqust 2021
1230

Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Sabah.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildilir ki, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur. Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

Xəbər lenti