Əfqanlar hava limanına axışır - Video

DÜNYA
11:16
16 Avqust 2021
882

“Taliban” radikal hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər. Bu məqsədlə minlərlə əfqan ölkə paytaxtı Kabilin yeganə hava limanına axışıb.

Sabah.az “Tolo News”a istinadən xəbər verir ki, Kabil hava limanında bütün kommersiya uçuşları dayandırılıb.

Qeyd edək ki, Kabil hava limanında helikopterlərin intensiv uçuşu səbəbindən xaos hökm sürür.

Hətta bir qrup insan Əfqanıstan paytaxtının yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.

Kabil hava limanında yaşayan hazırki vəziyyəti əks etdirən videonu təqdim edirik: