Valideynlərin nəzərinə

TƏHSİL
09:46
12 Avqust 2021
1532

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə start verilir.

Sabah.az xəbər verir ki, seçim prosesi saat 11:00-da başlayacaq.

Valideynlərə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilən sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə (www.mektebeqebul.edu.az) imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

Xəbər lenti