ABŞ-ın İraqdakı bazasına 15 raket atıldı, ölənlər və yaralananlar var

DÜNYA
01:57
12 Mart 2020
86

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İraqdakı hərbi bazasına raket zərbələri endirilib.

Sabah.az “Anadolu Agentliyin”ə istinadən xəbər verir ki, hücum paytaxt Bağdadın şimalında yerləşən Taci hərbi bazasına olunub.

Bildirilir ki, sözügedən obyektə 15 raket atılıb. Nəticədə 2 ABŞ, 1 İngiltərə hərbçisi həlak olub. Daha 11 hərbçi isə yaralanıb.

Mənbədə qeyd olunub ki, bu hadisədən sonra ABŞ-ın rəhbərliyi altında İŞİD-lə mübarizə üzrə koalisiya qüvvələrinin hərbi təyyarələri Suriyada İrana məxsus 3 hərbi obyekti bombalayıb.

Xəbər lenti