Şotlandiyada nazir istefa verdi - "Axmaq hərəkət etmişəm"
Şotlandiyanın maliyyə naziri Derek Makey istefa verib.
Sabah.az xəbər verir ki, Makeyin istefa verməsinin səbəbi altı aydır 16 yaşlı bir uşaqla mesajlaşması olub.
Onun "İnstagram" və "Facebook" vasitəsilə "şirin" adlandırdığı oğlana ümumilikdə 270 mesaj göndərdiyi iddia edilib.
İttihamlara dözməyən Makey "axmaq hərəkət etdiyini" söyləyərək, oğlan və anasından üzr istəyib. Baş nazir Nikola Sturgeon 42 yaşlı nazirin istefasını qəbul edib.
Qeyd edək ki, Makey gey olduğunu elan edərək, 2013-cü ildə həyat yoldaşından ayrılıb.
Daha çox