İran koronavirusa qarşı dərman tapdı

DÜNYA
23:26
11 Mart 2020
135

İran yeni növ koronavirusa (Covid-19) qarşı dərman tapıb.

Sabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur açıqlama verib.

Qurum rəsmisi bildirib ki, ölkədə “Actemra” dərmanının yerli versiyası hazırlanıb. Onun sözlərinə görə, koronavirusa yoluxmuş xəstələr üçün istifadə olunan və immunitet sistemini gücləndirən bu dərman bəzi ağır xəstələri sağaldıb.

“Dərman 24 saat içində təsirini göstərdi. Amma dəqiq bir şey söylmək üçün hələ tezdir. Alacağımız müsbət nəticələr dəqiqləşərsə, dərman satışa çıxarılacaq”, - deyə Kiyanuş Cahanpur qeyd edib.

O, dərmanın satışa çıxarılacağının 3 həftəyə qədər vaxt aparacağını deyib.

Xəbər lenti