“Vakant yerlərin sayı 9 minə qədər artacaq” - Təhsil naziri
“Son 3 ildə 27 min 197 nəfər müəllim müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə işə qəbul olunub”.
Sabah.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib.
O qeyd edib ki, bu il ölkə üzrə ilkin vakant yerlərin sayı 7,718 nəfər təşkil edir. Bu rəqəmin təxminən 9 min vahidə qədər artması gözlənilir:
“Hər il təxminən 3 min vakant yer təkrarlanır. Bu yerlərə müəllimlər müqavilə ilə götürülür və ya ucqar yerlərdə olduğu üçün müəllimlər o yerləri seçmirlər”.
Nazir həmçinin qeyd edib ki, builki müsabiqədə Sumqayıt, Bakı və Abşeronda 1055 vakant yer ayrılıb.
Daha çox