ÜST koronavirusu pandemiya elan etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.
“Önümüzdəki günlərdə və həftələrdə hadisələrin, ölümlərin və təsirə məruz qalan ölkələrin sayının artacağını gözləyirik... COVID-19-un pandemiya kimi xarakterizə edilə biləcəyi qənaətinə gəldik”, - deyə baş katib bildirib.
Mənbədə qeyd olunub ki, martın 11-nə olan məlumata görə, dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı dünyanın 114 ölkəsində təxminən 118 min nəfər təşkil edir.
Pandemiya ölkə daxilində, qonşu dövlətlərin ərazilərində və bəzən dünyanın bir çox ölkəsində yoluxucu xəstəliyin yayılması ilə səciyyələnən həddən artıq güclü bir epidemiyadır.
Daha çox