İtaliyada relslərdən çıxan qatarda 2 nəfər ölüb
Milan-Bolonya xətti ilə hərəkət edən qatar relslərdən çıxıb.
Sabah.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
Saat 05:10-da Milanı tərk edərək, Romaya yollanan "Frecciarossa" qatarı, bu gün saat 05:35-də "Milan-Bologna" xəttində relslərdən çıxıb. Polisin hadisə yerindən verdiyi məlumata görə, qatarda sərnişin sayı az olub və hadisə ilk iki vaqonun relslərdən çıxması ilə baş verib.
Qeyd edək ki, Milan-Boloniya ekspress yolu boyunca nəqliyyat dayandırılıb. Sözügedən istiqamətdə hərəkət edən digər qatarlar "Milan-Piacenza" xətti ilə yola düşüb. Bildirilir ki, qəza qatarlarda 1 saatlıq gecikməyə səbəb olub.
Daha çox