Türkiyədə koronavirusa ilk yoluxma halı qeydə alındı

DÜNYA
02:24
11 Mart 2020
107

Türkiyədə ilk koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, bu gün axşam saatlarında koronavirusa yoluxduğundan şübhələnilən bir Türkiyə vətəndaşının testləri müsbət çıxıb. Xəstənin bu virusa Avropada yoluxduğu bildirilib. Nazirin sözlərinə görə həmin şəxs kişidir və hazırda karantində saxlanılır.

F.Koca onun vəziyyətinin normal olduğunu və ailəsinin də karantinə alındığını qeyd edib.

Xəbər lenti