Çində koronavirusdan ölənlərin sayı 563-ə çatdı
Çində koronavirusdan xəstələnənlərin sayı cümə axşamı 28 minə çatıb, onlardan 563-ü ölüb.
Sabah.az TASS agentliyinə istinadən xəbər verir ki, səhiyyə komissiyasının məlumatına görə, karantin bölgəsindəki insan sayı 186 min 300-ə çatıb.
Belə ki, 23 mindən çox insanda yeni koronavirus infeksiyasına bənzər simptomlar aşkarlansa da, hələ dəqiq diaqnoz qoyulmadan nəzarət altına alınıblar.
Təsdiqlənmiş halların əksəriyyəti (təxminən 19 min 600-ü) xəstəliyin ilk aşkarlandığı Çinin "Hubei" əyalətində qeydə alınıb. Bu bölgədə xəstəliyə yoluxan 549 nəfər ölüb, 633 nəfər isə sağalaraq, evə buraxılıb.
"Zhejiang" və "Guangdong" əyalətlərində 895 belə xəstə qeydiyyata alınsa da itki yoxdur. Bu iki bölgəyə məxsus xəstəxanalarda cəmi 46 ("Zhejiang") və 78 ("Guangdong") nəfər sağalıb.
Paytaxt Pekində isə cəmi 253 nəfərin xəstəliyə yoluxduğu bildirilib, onlardan 1-i həyatını itirib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 31 dekabr 2019-cu ildə Uhandadan yayılan koronovirus "2019-nCoV coronavirus" xəstəliyi kimi qeydə alınıb. Xəstəlik bu günə qədər 24 ölkədə aşkar edilib. Virus nəticəsində 563 nəfər həyatını itirib.
Daha çox